331
Bu gün 15 mart — 16:53

“Boeing” təyyarəsi Rusiyada təcili eniş edib

Rusiyanın Mirni şəhərindən Moskvaya uçan “Boeing 737-800” təyyarəsi Sıktıkvarda təcili eniş edib.

Rusiya mətbuatı xəbər verir ki, Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, buna təyyarənin mühərrikində qəza ehtimalı səbəb olub.

“Alrosa” şirkətinə məxsus təyyarədə 157 sərnişin və 6 ekipaj üzvü olub. Məsələ ilə bağlı araşdırma aparılır.

Xəbərlər