259
Bu gün 15 mart — 16:40

Sumqayıtda iki “Hyundai” toqquşdu: iki nəfər həlak oldu

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Hadisə Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı minik avtomobilləri toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb. Ölənlərdən biri 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfərovdur. Digər ölən şəxsin kimliyi müəyyənləşdirilir. Yaralılar isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşadırma aparılır.

Xəbərlər