550
Bu gün 15 mart — 15:42

Gürcüstan DTX Yeni Zelandiyada məscidlərə hücumla bağlı araşdırmaya başlayıb

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Yeni Zelandiyada terror aktı zamanı saxlanılmış şəxslər və onlardan müsadirə edilmiş silahlar barədə ətraflı məlumat əldə etmək üçün strateji tərəfdaşlarla əməkdaşlıq edir. Bu barədə Gürcüstan DTX-nın yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, xarici KİV-də Yeni Zelandiyada məscidlərə hücum zamanı istifadə olunmuş odlu silahın patron daraqlarının fotoşəkilləri yayılıb və onların üzərində müxtəlif dillərdə, həmçinin gürcü dilində də simvol və yazılar var.

DTX terror aktı ilə bağlı Yeni Zelandiya əhalisinə başsağlığı verib.

Qeyd edək ki, ötən gün axşam Yeni Zelandiyanın Kraystçörç şəhərində 2 məscidə hücum olub. Nəticədə 49 nəfər ölüb. Hücumla bağlı 4 nəfər saxlanılıb. İnternetdə yayılmış fotoşəkillərdə məscidə hücum edən şəxslərin patron daraqlarında gürcü dilində David Aqmaşenebeli və David Soslani adları əks olunub.

Xəbərlər