93
Bu gün 15 mart — 14:29

Azərbaycanda 1023 İran şirkəti fəaliyyət göstərir

Azərbaycanda 1023 İran şirkəti qeydiyyatdan keçib.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, İran investorları tərəfindən Azərbaycana 3,4 mlrd dollardan artıq sərmayə qoyulub. Belə ki, ötən il ticarət dövriyyəsi 74% artıb.

Ş.Mustafayev, həmçinin əlavə edib ki, hazırda Astara sərhəd-keçid buraxılış məntəqələri ərazisində Astara çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında saziş müzakirə mərhələsindədir.

Onun sözlərinə görə, Azərbaycan, İran və Türkiyə elektrik enerjisi dəhlizinin yaradılması məqsədilə həyata keçiriləcək tədbirlər üçtərəfli enerji əməkdaşlığını genişləndirməyə imkanlar yaradacaq.

Yeri gəlmişkən, bu gün Bakıda keçirilən Azərbaycan-İran Hökumətlərarası Komissiyasının 13-cü iclası çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb.

Bunlar Anlaşma Memorandumu, Neftçala Sənaye Məhəlləsində avtomobillərin ehtiyat hissələrinin və avtobusların istehsalına dair sənədlərdir.

Sənədləri Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ilə İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd imzalayıblar.

Xəbərlər