277
Bu gün 14 mart — 19:18

Rusiya da “Boeing” təyyarələrindən imtina etdi

Rusiyada “Boeing 737 MAX 8” və “MAX 9” tipli sərnişin təyyarələrinin uçuşları dayandırılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Aleksandr Neradko məlumat verib.

Onun sözlərinə görə, qadağa “Rosaviasiya”nın müvafiq qərarı qəbul edilənə qədər qüvvədə olacaq.

Xatırladaq ki, martın 10-da Efiopiyada “Boeing 737 Max 8” sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 157 nəfər həlak olub. Bu hadisədən sonra bir sıra ölkələr “Boeing” təyyarələri ilə uçuşları dayandırıblar.

Xəbərlər