100
Bu gün 14 mart — 17:37

Ağdamda 4 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs tutuldu

Ağdamda qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-da rayon ərazisindəki evlərin birindən 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Sebastiyanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər