779
Bu gün 13 fevral — 11:22

Şirvanda BDU-nun 18 yaşlı tələbəsi qətlə yetirildi

Ötən axşam Şirvanda tələbənin həmyaşıdı tərəfindən qətlə yetirilməsinin səbəbi məlum olub.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 18 yaşlı Rauf Rəşad oğlu Fətullayev və onu qətlə yetirən Amil Mahir oğlu Adıgözəlov bir binada yaşayıblar, qonşu olublar. Mübahisə isə Raufun, atasının mağazasında satıcılıq etdiyi zaman, Amil oradan günəbaxan tumu alarkən pul üstündə aralarında yaranmış mübahisəyə görə baş verib.

Mübahisə edən gənclərin ardınca mağazadan çölə çıxan Raufun atası oğlunun sinəsindən bıçaqlandığını görüb. Hadisəni törətmiş Amil Adıgözəlov hadisə yerindən qaçsa da sonradan Şirvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır.

Virtualaz.org

02/12/2019. 23:16

Şirvan rayonunda qətl hadisəsi törədilib. "Report"un verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib.

Bekə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb.

Qeyd edək ki, R.Fətullayev BDU-nun tələbəsidir.

Faktla bağlı araşdırma aparılır. 

Xəbərlər