546
Bu gün 12 fevral — 18:31

Rusiyada çeçenlərlə tatarlar arasında kütləvi dava

Rusiyanın Tümen vilayətinin Tobolsk rayonundakı “Voyaj” kafesində tatar və çeçen diasporları arasında kütləvi dava baş verib.

Ura.ru saytının verdiyi məlumata görə, dava fevralın 9-u, gecə saatlarında olub.

Onlar əvvəlcə rəqs meydanında dalaşıblar, daha sonra isə kafedəki stullarla bir-birinə hücum ediblər.

Münaqişəyə kafeyə gələn iki müştəri arasındakı mübahisə səbəb olub.

Polis davanın bütün iştirakçılarının şəxsiyyətini müəyyənləşdirib.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbərlər