757
Bu gün 12 fevral — 17:07

Hakimiyyət "Qarabağ" Komitəsinin mitinqinə icazə vermədi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin (QK) fevralın 16-a təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

Bu barədə virtualaz.org-a BŞİH-dən məlumat verilib.

Bildirilir ki, BŞİH-də müraciətə baxılıb və Qarabağ Komitəsinin fevralın 16-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

BŞİH aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib. Bununla bağlı təşkilatçılara məlumat verilib.

Qeyd edək ki, Qarabağ Komitəsi fevralın 16-da keçirmək istədiyi mitinqə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışdı.

Xatırladaq ki, Qarabağ Komitəsi 2018-ci ilin iyulunda təsis edilib. Komitəyə Klassik Xalq Cəbhəsi, Müsavat, Milliyətçi Hərəkat, İslam, Xalq, Ağ, Vərəndaş Həmrəyliyi, Mili Demokrat partiyaları, Qarabağ Azadlıq Təşkilatı, Qərbi Azərbaycana Qayıdış İctmai Birliyi, Qarabağ Qaziləri təşkilatı və çoxsaylı Qarabağ müharibəsi iştirakçısı daxildir.

Virtualaz.org

Xəbərlər