279
Bu gün 12 fevral — 16:48

Ermənistanda əsgər zabiti güllələdi

Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi hissələrdən birində əsgər A.K. 34 yaşlı leyntenant Mesrop Qriqoryanı güllələyib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib.

Bildirilib ki, əsgər ona təhkim olunmuş pulemyotdan zabitə atəş açıb. Zabit aldığı xəsarətdən hadisə yerində ölüb.

Məlumatlara görə, həmin əsgər həbs olunub. Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Xəbərlər