169
Bu gün 12 fevral — 15:00

Milli Məclis Xəzərlə bağlı sənədləri ratifikasiya etdi

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə” Protokolun təsdiq edilməsi haqqında”, “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə” Protokolun təsdiq edilməsi haqqında”, “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə” Protokolun təsdiq edilməsi haqqında” və “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihələri müzakirə olunub.

Virtualaz.org bildirir ki, layihələrlə bağlı MM sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.

Qeyd olunub ki, layihələr Azərbaycanın milli maraqlarına cavab verir və Konvensiyanın imzalanmasından sonra Xəzərin statusundan irəli gələn məsələləri özündə əks etdirir.

Qanun layihələri müzakirələr açılmadan səsverməyə çıxarılıb və qəbul edilib.

Xəbərlər