238
Bu gün 12 fevral — 14:31

Putin Ərdoğana zəng etdi

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

Virtualaz.org Türkiyə KİV-inə istinadən bildirir ki, Rusiyanın dövlət başçısı İstanbul şəhərinin Qartal bölgəsində yaşayış binasının çökməsi ilə əlaqədar həmkarına və həyatını itirənlərin yaxınlarına başsağlığı verib. Putin hadisə zamanı həlak olan şəxslərin ailə üzvlərinə səbr diləyib.

Xatırladaq ki, İstanbulun Qartal rayonunda yaşayış binasının çökməsi nəticəsində 35 nəfər dağıntılar altında qalıb. Onlardan yalnız 14-ünü xilas etmək mümkün olub, qalan 21 nəfər ölüb.

Xəbərlər