122
Bu gün 12 fevral — 13:47

Ərdoğan Azərbaycana yeni hərbi attaşe göndərir

Türkiyənin Azərbaycanda yeni hərbi attaşesi təyin edilib.

“Resmi Gazete”nin məlumatına görə, müvafiq qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.

Bu vəzifəyə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının İnspeksiya və qiymətləndirmə bölməsinin rəis müavini, general İsmayıl Hakkı Köseali təyin olunub.

Bundan başqa, Türkiyə SQ hərbi bölmələrinə də bir sıra komandanlar - general və admirallar təyin edilib.

Xəbərlər