98
Bu gün 12 fevral — 13:33

Zığ qəsəbəsində oğurluq etdiyi evin sahibinə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb

Bakının Zığ qəsəbəsində oğurluq etdiyi evin sahibinə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin “102– Zəng Mərkəzi” Xidmətinə yanvarın 19-da Zığ qəsəbəsi ərazisində baş vermiş quldurluq faktı barədə müraciət daxil olub. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Araşdırmalarla qəsəbə ərazisindəki evlərin birinə pəncərənin şüşəsini sındırmaq yolu ilə girmiş şəxsin oradan 20 manat pul və gümüş əşyalar götürdükdən sonra ev sahibi ilə rastlaşdığından onun qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməsi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş N.Mustafazadə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun 2 evdən televizor və kompüter oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.

Xəbərlər