159
Bu gün 12 fevral — 12:33

Gəncədə dörd avtomobil toqquşdu, yaralananlar var

Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 4 avtomobil toqquşub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.

Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb. (Report)

Xəbərlər