121
Bu gün 12 fevral — 11:48

Göygöldə avtomobil yolu keçən piyadanı vurub öldürüb

Göygöldə yolu keçən piyadanı avtomobil vuraraq öldürüb.

Hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayonu Balçılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “UAZ” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Bu zaman hərəkətdə olan “KAMaz” da “UAZ”a çırpılıb. Ağır bədən xəsarətləri alan yaşı təxminən 60-65 olan piyada xəstəxanaya aparılan zaman yolda ölüb.

Hazırda hadisənin təfərrüatı və ölən şəxsin kimliyi müəyyənləşdirilir. (Qafqazinfo)

Xəbərlər