227
Bu gün 12 fevral — 10:06

Göyçayda naməlum şəxslər fermaya od vuraraq qaçıblar

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Hadisə ötən gecə saat 3 radələrində rayonun Şahsoltanlı kəndi ərazisində yerli sakin Mustafa Əmirova məxsus fərdi təsərrüfatda qeydə alınıb.

Dərhal əraziyə FHN-in Göyçay və Ağsu Dövlət Yanğından Mühafizə hissəsinin texnika canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 1200 kvadrat metr ərazinin 400 kvadrat metrlik çardaq hissəsi və 20 tondan çox ot bağlaması yanıb.

Təsərrüfat sahibinin sözlərinə görə, əvvəlcə fermaya naməlum şəxslər basqın edib, lakin oğurluq edə bilmədikləri üçün fermya od vuraraq qaçıblar.

Faktla bağlı araşfırma aparılır. (Report)

Xəbərlər