148
Bu gün 11 fevral — 23:55

İspaniyanın baş naziri ümumxalq seçkiləri keçirmək istəyir

İspaniyanın baş naziri Pedro Sançes mayın 26-na nəzərdə tutulan muxtar qurumlara, bələdiyyə və Avropa hakimiyyət orqanlarına seçkilərdən ay yarım əvvəl - aprelin 14-də ümumxalq seçkiləri keçirmək niyyətindədir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əgər seçkilər həqiqətən aprelin 14-nə təyin edilsə, onda baş nazir Pedro Sançesin parlamenti fevralın 19-na kimi buraxmaq üçün cəmi 8 gün vaxtı var. Belə ki, qanuna görə, seçkilər elan edildiyi vaxtdan 54 gündən gec olmayaraq təşkil edilməlidir.

Baş nazirin bəyanatı fevralın 10-da Madriddə on minlərlə insanın iştirak etdiyi mitinqdən sonra səslənib. Xatırladaq ki, mitinq iştirakçıları ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasını və növbədənkənar seçkilərin təşkil olunmasını tələb ediblər.

Xəbərlər