953
Bu gün 11 fevral — 23:28

Nazimhikmətin axtarışda olan oğlu Bakıda saxlanıldı

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Virtualaz.org Penitensiar xidmətin saytına istinadən bildirir ki, xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət-axtarış İdarəsinin və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 181.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində axtarış elan edilmiş Beyləqan rayon sakini Feyzullayev Elgün Nazimhikmət oğlu Bakı İstintaq Təcridxanasının qarşısında saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 1 ədəd bıçaq aşkar edilib.

E.N.Feyzullayev Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Xəbərlər