335
Bu gün 11 fevral — 21:21

Azərbaycan millisinə rəhbərlik xorvat Nikola Yurçeviçə həvalə edildi

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Virtualaz.org AFFA-nın saytına istinadən bildirir ki, Assosiasiyanın baş sponsoru SOCAR-ın inzibati binasında keçirlimiş iclasda qəbul olunan qərara əsasən, Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.

Yaxın günlərdə onunla müvafiq müqavilə imzalanacaq.

İclasda, həmçinin müxtəlif yaş kateqoriyaları üzrə milli komandaların da çalışdırıcıları müəyyənləşib. Belə ki, Milan Obradoviç U-21, Samir Əliyev U-19, Miloş Velebit U-15, U-16 yaş qrupları üzrə milli komandaların baş məşqçiləri təyin ediliblər.

Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.

Xəbərlər