234
Bu gün 11 fevral — 21:12

Ermənistanda daha bir müqaviləli hərbçi öldü

Bu gün Ermənistanın hərbi hissələrindən birində müqavilə ilə xidmət edən əsgər öldürülüb.

Virtualaz.org "Sputnik Armeniya”ya istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz Facebook səhifəsində yazıb.

Hovhannisyanın sözlərinə görə, 1985-ci il təvəllüdlü əsgər Mesrop Qriqoryan Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin mühafizə zonasında güllə yarasından ölüb.

Hovhannisyan əlavə edib ki, müqaviləli hərbçinin ölümünün dəqiq səbəbləri müəyyənləşdirilir.

Nəşrdə qeyd olunub ki, 1 yanvar gecəsi erməni əsgəri Edqar Qriqoryan da güllə yarasından ölüb, lakin Müdafiə Nazirliyi və ölkənin İstintaq komitəsi bu barədə açıqlama verməyiblər.

Virtualaz.org

Xəbərlər