259
Bu gün 11 fevral — 21:38

İstanbulda hərbi helikopter qəzaya uğradı: 4 nəfər həlak oldu

İstanbulda hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu hadisə yerinə gələn İstanbul valisi Əli Yerlikaya deyib.

Faktla bağlı araşdırma aparılır.

*   *   *20:50

İstanbulda helikopter qəzaya uğrayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, qəzaya uğrayan helikopter Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsusdur.

Bildirilir ki, helikopterin düşdüyü əraziyə çox sayda təcili tibbi yardım briqadaları və xilasetmə qüvvələri cəlb olunub.

Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Xəbərlər