258
Bu gün 11 fevral — 19:52

Sumqayıtda xəstəxana təmirinə beş milyon manat ayrıldı

Prezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Virtualaz.org bildirir ki, sərəncama  əsasən, 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə  Səhiyyə Nazirliyinə ilkin olaraq beş milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Xəbərlər