1045
Bu gün 11 fevral — 18:58

İlham Əliyev Zahid Orucu Mərkəz rəhbəri təyin etdi

Prezident İlham Əliyev Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Virtualaz.org-un məlumatına görə, sərəncamda qeyd edilir ki, Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, Sosial Tədqiqatlar Mərkəzi Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli fərmanı ilə yaradılıb.

Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxsdir və ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparacaq, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirəcək, dəyişiklikləri proqnozlaşdıracaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıracaq, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edəcək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edəcək.

Xəbərlər