132
Bu gün 11 fevral — 15:50

Göyçay sakinində heroin aşkarlandı

Göyçay sakinində heroin aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Elbrus Qaçayev saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı ümumi çəkisi 33,297 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.

Xəbərlər