680
Bu gün 11 fevral — 13:33

Salyanda zəncirvari qəza olub

Bu gün günorta saatlarında əvvəlki Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 59-cu km-də üç avtomaşının toqquşması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, VAZ-2107, VAZ-21015 markalı minik maşınlarının və “Ford” markalı mikroavtobusun toqquşması nəticəsində VAZ-21015-in sərnişini - 30 yaşlı Salyan şəhər sakini Həbib Rahil oğlu Tağıyev xəsarət aldığından, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbaxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər