195
Bu gün 11 fevral — 14:22

Türkiyədə 72 terrorçu məhv edildi

Türkiyənin jandarm qüvvələri və jandarm xüsusi təyinatlılarının şərqi və cənub-şərqi Anadolu bölgəsində keçirdiyi əməliyyatlar zamanı 72 terrorçu zərərsizləşdirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi informasiya yayıb.

Məlumata görə, 30 dərəcə şaxtada jandarm qüvvələri 10 659 əməliyyat yerinə yetiriblər. Bu əməliyyatlar zamanı terrorçulara məxsus çox sayda silah-sursat, sığınacaq və anbar aşkar edilərək məhv edilib.

Xəbərlər