226
Bu gün 11 fevral — 13:13

Qubada çaya düşmüş ekskavatorun sürücüsünün axtarışları davam etdirilir

Fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi yaxınlığında Vəlvələçayın sahilində aparılan qazıntı işləri (qum-çınqıl karxanası) zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1978-ci il təvəllüdlü Qasımov Vüqar Eyvaz oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, axtarışlara nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub. Qazıntı işləri nəticəsində yaranan su hövzəsində (dərinliyi 12-15 metr) suyun səviyyəsinin azaldılması məqsədilə “Körpü-Bina-Tikinti” MMC tərəfindən su çəkmə işləri həyata keçirilir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Xəbərlər