225
Bu gün 11 fevral — 12:57

Bakıda keçmiş məhkum “Kalaşnikov”la yaxalandı

Bakı sakini küçədə silah-sursatla yaxalanıb.

Hadisə paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində baş verib.

Belə ki, Nizami Rayon Polis İdarəsi əməkdaşları qəsəbə ərazisində əməliyyat keçiriblər. Keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Sabir Cahangirov saxlanılıb.

S. Cahangirovun əlində gəzdirdiyi torbadan 1 ədəd 7,62 kalibrli "Kalaşnikov" markalı avtomat silahı, 1 ədəd sandıqça və 5 patron aşkar edilərək götürülüb.

Trend bildirir ki, faktla bağlı araşdırma aparılır.

Xəbərlər