159
Bu gün 11 fevral — 12:29

Seysmoloji Xidmət Mərkəzi: Güclü yeraltı təkanlar gözlənilmir

“Hazırda ölkə ərazisində zəlzələnin afterşokları davam edir. Bundan sonra da afterşokların davam edəcəyi gözlənilir”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat katibi Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, zəlzələ ocağı sönənə qədər afterşoklar davam edəcək: “Fevralın 9-da axşam saatlarında Ağsu rayonu ərazisində növbəti yeraltı təkan qeydə alındı. Bu, afterşok idi. Həmin zəlzələ 3 bala qədər hiss olundu. Əvvəllər də dediyimiz kimi, episentrdə zəlzələ ocağı sönənə qədər afterşoklar davam edəcək. Mümkündür ki, bu afterşokların içərisində hiss olunanları da olsun. Məsələn, fevralın 5-də baş verən yeraltı təkanın afterşokları fevralın 9-da axşam saatlarında yenidən hiss olundu. Sadəcə olaraq, afterşoklar zəlzələnin baş verdiyi ərazilərdə hiss edilir”.

V.Rafiqqızı qeyd edib ki, güclü yeraltı təkanların baş verəcəyi gözlənilmir: “Dediyim kimi, bundan sonra da afterşokların davam edəcəyi gözlənilir. Təbii ki, hansı maqnituda ilə baş verəcəyini demək çətindir. Hər halda fevralın 5-də baş verən titrəyişlərin təkrar olunması gözlənilmir. Yenə deyirəm ki, aşağı maqnituda ilə yeraltı təkanların hiss olunması gözlənilir”.(“Report”)

Xəbərlər