204
Bu gün 12 yanvar — 22:40

Şəmkirdə baş vermiş yol qəzasında 4 nəfər xəsarət aldı

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Şəmkir şəhərində, 2-ci küçə ərazisində qeydə alınıb. 

İlkin məlumata görə, qəza zamanı aralarında körpə də olmaqla, dörd nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır olduğundan Gəncə şəhərindəki özəl xəstəxanaların birinə göndərilib. Hazırda onların adları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

Xəbərlər