459
Bu gün 11 yanvar — 22:40

Ana ilə 5 yaşlı oğlu dəm qazından öldü

Sumqayıt şəhəri, Corat qəsəbəsində ana və oğlu dəm qazından boğulublar.

“Qafqazinfo” xəbər verir ki, 1997-ci il təvəllüdlü Allahverdiyeva Gülan Rövşən qızı və oğlu, 2014-cü il təvəllüdlü Allahverdiyev Rəşad Bayramqulu oğlu yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbərlər