295
Bu gün 11 yanvar — 21:26

Salyan sakini sirkə turşusundan zəhərləndi

Bu gün axşam saatlarında Salyan rayonunun Xalac kəndində sirkə turşusundan zəhərlənmə  hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, kənd sakini, 32 yaşlı Emil Əfqan oğlu Əliyev zəhərlənmə diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.E.Əliyev ilkin ifadəsində sirkə turşusunu səhvən içdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

 

Xəbərlər