777
Bu gün 18 dekabr — 18:24

Bakıda “Masaj” adlı əxlaqsızlıq yuvası aşkarlandı

Nəsimi rayonunda “Masaj” adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvası aşkarlanıb.

Bakı şəhər prokurorluğundan verilən məlumata görə, paytaxtın Nəsimi rayonu ərazisində Tamilla Axundovanın tamah niyyəti ilə nəvəsi Eldar Əfəndiyev tərəfindən qəsdən öldürməsi faktına görə başlanmış cinayət işinin istintaqı Bakı şəhər prokurorluğunda davam etdirilir.

İstintaq zamanı təqsirləndirilən şəxs E.Əfəndiyev ifadəsində cinayət yolu ilə əldə etdiyi əmlakı satıb pul əldə etdikdən sonra tanışı ilə birlikdə paytaxtın Nəsimi rayonu ərazisində “Masaj” adı ilə fəaliyyət göstərən obyektə gələrək orada pul müqabilində təqdim olunan qadınlarla intim əlaqədə olduqlarını bildirmişdir.

Qeyd edilən xüsusatın istintaq yolu ilə araşdırılması zamanı müəyyən edilmişdir ki, 1984-cü il təvəllüdlü Güləndam Murtuzova 2017-ci ilin sentyabr ayından etibarən həmin obyektin yerləşdiyi iki otaqlı mənzildə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edərək şərait yaratmış və müxtəlif məbləğlər qarşılığında qadınların ayrı-ayrı kişilərlə intim münasibətdə olmasını təşkil etmişdir.

G.Murtuzova Cinayət Məcəlləsinin 244.2.1-ci (əxlaqsızlıq yuvaları saxlama, təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. (Trend)

Xəbərlər