355
Bu gün 18 dekabr — 20:02

Azərbaycandan aparılan arı pətəkləri Rusiyaya buraxılmadı

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan Respublikası üzrə idarəsi Azərbaycandan arı pətəklərinin qanunsuz yolla Rusiya ərazisinə keçirilməsinin qarşısını alıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, mallar Rusiya ərazisinə daxil olan marşrut taksisinin yük yerində aşkar edilib.

Məlumata görə, arı pətəyinin sahibinin heç bir müvafiq baytarlıq sertifikatı olmayıb. Buna görə də mallar müsadirə edilib.

Müsadirə edilən malların ümumi çəkisi 45 kiloqram olub.

Qanunu pozan şəxs inzibati məsuliyyətə cəlb olunub.

Xəbərlər