984
Bu gün 18 dekabr — 17:19

İlham Əliyev icra başçısını mükafatlandırdı

Prezident İlham Əliyev Gülağa İslamovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Virtualaz.org-un məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Gülağa Bayram oğlu İslamov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, Gülağa İslamov Xəzər Rayon İcra Hakimiyyətinin başçısıdır.

Xəbərlər