340
Bu gün 18 dekabr — 17:59

Səfir: Moskva Əliyevlə Paşinyan arasında dialoq yaradılması üzərində iş aparır

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Ermənistan və Azərbaycan rəhbərləri arasında birbaşa dialoqun yaradılması imkanları üzərində işləyir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Yerevanda keçirdiyi mətbuat konfransında bəyan edib.

Diplomat bildirib ki, münaqişə ilə bağlı Moskvanın mövqeyi dəyişməz olaraq qalır: “Sergey Lavrov da bunu bir daha təsdiqlədi və biz ATƏT-in Minsk qrupunun formatı çərçivəsində işləri davam etdirmək niyyətindəyik. Bizim mövqeyimiz ondan ibarətdir ki, münaqişənin hər iki tərəfinin (Ermənistan və Azərbaycan) razılığı əsasında sülh yolu ilə həllinə alternativ yoxdur”.

Xəbərlər