372
Bu gün 18 dekabr — 19:24

Hacıkənddə betonqarışdıran maşın iki “Jiquli”ni əzdi

Gəncə-Toğanalı avtomobil yolunun Hacıkənd qəsəbəsi ərazisindən keçən hissəsində ağır tonnajlı yük avtomobili qəzaya uğrayıb.

Kəlbəcər sakini Əsgər Muradzadə beton qarışdıran yük avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəqliyyat vasitəsi əvvəlcə Caməddin İbarhimovun sükanı arxasında olduğu “VAZ 2107”, daha sonra isə Tural Atayevin idarə etdiyi “VAZ 2106” ilə toqquşub. Nəticədə hər iki avtomobilə xeyli ziyan dəyib.

“VAZ 2107”nin sürücüsü Caməddin İbrahimov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

“VAZ 2106”nın sürücüsü Tural Atayevin sözlərinə görə, qəzaya beton qarışdıran yük avtomobilinin sürücüsünün avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub: “Gəncə istiqamətindən Çaykəndə gedirdim. O da qarşıdan bərk gəlib, birinci qabaqdakı maşını, sonra da keçib məni vurdu. Sürətli gəlirdi, saxlaya bilmədi. Əyləci basdı, saxlaya bilmədi”.

Qeyd edək ki, sözügedən yolda qəza zamanı hava dumanlı olduğundan avtomobillərin hərəkətində müəyyən çətinliklər olub. Faktla bağlı araşdırmalar aparılır. (ARB TV)

Xəbərlər