353
Bu gün 18 dekabr — 17:07

Bakıda qardaşı arvadını yandıraraq öldürənə 17 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 34 yaşlı İlkin Əsgərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə əsasən, İ.Əsgərov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. İlkin Əsgərov ailə münaqişəsi zəminində qardaşı arvadı Xatirə Əsgərovanı üzərinə benzin tökərək yandırıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Amma İ.Əsgərov məhkəmədə deyib ki, qardaşı arvadını yandırmaq niyyəti olmayıb. O, benzin tökərək yaşadıqları evi yandırmaq istəyib. Bu zaman Xatirə Əsgərova ona müdaxilə edib və benzin üstünə tökülüb.

Virtualaz.org

Xəbərlər