515
Bu gün 11 Dekabr 2018, 10:51

Bakutel-2018-də debüt

Frazex şirkəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBIA) dəstəyi ilə, Bakutel-2018 sərgisində inştirak edib  və InLoya.com adlı unikal məhsulunu nümayiş etdirib.

InLoya.com – B2B seqmenti üçün nəzərdə tutulmuş unikal platformadır və biznesdə əsas marketinq proseslərini həyata keçirməyə imkan verir. Onun köməyilə sahibkarlar şəxsi, öz bizneslərinə uyğunlaşdırılmış loyallıq proqramını işə sala, müvəqqəti aksiyaları yarada, müştəri bazasının seqmentlərə ayrılmasını həyata keçirə, təqdim edilmiş xidmətlər barədə fikir və rəylər ala bilər və s. Daxilə quraşdırılmış süni intellektin köməyilə, platforma, vaxta qənaət etməklə, keyfiyyəti və gəliri artırmaqla, müəyyən prosesləri avtomatlaşdırır.

InLoya.com platformasının təqdimatı zamanı vacib məqamlardan biri o olmuşdur ki, bu məhsul sırf Azərbaycan layihəsidir.  

Frazex investisiya və idarə şirkətinin Baş direktoru Camal Xasayevin şərhlərinə əsasən hal-hazırda onların əsas məqsədləri həmin biznesin digər ölkələrdə inkişaf etdirilməsidir ki, InLoya.com platforması beynəlxalq bazarda Azərbaycan məhsulu kimi təqdim edilsin.

Həmçinin Bakutel 2018 sərgisində Frazex şirkəti Yeni İl ərəfəsində aksiyanın başlaması haqqında məlumat vermişdir. Yalnız dekabr ayı ərzində bütün yeni müştərilər InLoya.com platformasına 70% endirimlə qoşula bilər.

Xatırladaq ki, 4-7 dekabrda Bakı Ekspo Mərkəzində “Telekommunikasiyalar və İnformasiya Texnologiyaları” Bakutel-2018 adlı 24-cü Azərbaycan Beynəlxalq Sərgisi və Konfransı keçirilmişdir və həmin tədbirlə “Yüksək Texnologiyalar Həftəsi” qeyd edilmişdir. Bakutel – ilk növbədə İKT sahəsində olan son nailiyyətlərdir ki, harada 20 ölkədən olan və yeni texnologiyaları nümayiş etdirən iri şirkətlərlə bərabər məlumat mübadiləsi və işlənilməsi üçün yeni alətlər təqdim edən gənc və perspektivli startaplar da iştirak edir.

Xəbərlər