466
Bu gün 7 dekabr — 21:46

Bakıda böyük bir ərazini qazsız qoydular

İki həftədir ki, Bakının Yasamal rayonunda, Dadaş Bünyadzadə küçəsində qaz kəsilib.

Sakinlər virtualaz.org-a bildiriblər ki, göstərilən ərazidə qaz gündə cəmi bir neçə saat verilirdi, o da gecə saatlarında. Ancaq son günlərdə bu əraziyə qaz verilməsi tamamilə dayandırılıb.

"Azəriqaz"ın əməkdaşları bunu yeni boruların çəkilməsi ilə izah edirlər. Ancaq bu işlər nə vaxt qurtaracaq, demirlər.

Virtualaz.org

Xəbərlər