115
Bu gün 7 dekabr — 16:56

Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri ilə toplantı keçirilib

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, dekabrın 7-də xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, toplantıda 28 xarici ölkədən və beynəlxalq təşkilatdan 31 nümayəndə iştirak edib.

Nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov attaşelərə regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də orduda aparılan islahatlar, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində il ərzində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib və 2019-cu ildə planlaşdırılan fəaliyyətləri diqqətə çatdırıb. İdarə rəisi hərbi attaşelərin suallarını cavablandırıb.

Qonaqlar belə tədbirlərin keçirilməsinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və səmərəli əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduqlarını vurğulayıblar.

Xəbərlər