109
Bu gün 7 dekabr — 13:16

Almatı-Bakı reysi gecikir

Almatı-Bakı reysi ləngimə ilə həyata keçirilir.

Bu barədə Trend-ə Almatı Beynəlxalq hava limanından bildiriblər.

Məlumata əsasən “Air Astana”nın Almatı-Bakı reysi Bakı vaxtı ilə 09:45-də Almatı aeroportundan çıxıb.

Qeyd olunur ki, təyyarənin 13:35-də Bakıya eniş edəcəyi gözlənilir.

Hava limanından onu da bildiriblər ki, ləngimə əlverişsiz hava şəraiti ilə bağlı olub.

Xəbərlər