111
Bu gün 7 dekabr — 12:27

Bakıda maşın vuran süpürgəçi dünyasını dəyişdi

Dünən səhər saatlarında Bakıda avtomobil qəzasında ağır xəsarət alan 53 yaşlı süpürgəçi Almaxanım Pirağa qızı Muradova dünyasını dəyişib.

Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Bildirilib ki, qara ciyərin partlaması və çoxsaylı sınıq xəsarətləri ilə xəstəxanaya daxil olan yaralı əməliyyata götürülüb. Əməliyyat bir neçə saat davam edib, lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər