165
Bu gün 7 dekabr — 12:07

Məktəblilərin olduğu avtobus qəzaya düşdü

Bu gün səhər saatlarında Qobu qəsəbəsindən şəhərə gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.

Məktəbdən virtualaz.org-a bildiriblər ki, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldıqları üçün təcili xəstəxanaya yerləşdiriliblər. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən sayta bildiriblər ki, yaralılar Tibbi Klinik Mərkəzə yerləşdirilib, onların həyatı üçün təhlükə yoxdur.

İlkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, idarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.

İdarə hadisə ilə bağlı araşdırma aparır.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər