182
Bu gün 7 dekabr — 10:20

Azərbaycan İrandan quş əti idxalına qadağa qoydu

İrandan Azərbaycana quş əti gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulub.

Bu barədə virtualaz.org-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat veriblər.

Bildirilib ki, İranın Tehran vilayətində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması müəyyən edilib.

“Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İran İslam Respublikasının Tehran vilayətində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması müəyyənləşdirilib. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İran İslam Respublikasının Tehran vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub”, - xəbərdarlıqda deyilir.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər