257
Bu gün 7 dekabr — 01:04

Gəncədə avtomobil 84 yaşlı qadını vurdu

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Gəncə şəhər sakini, 1934-cü il təvəllüdlü Familə Xəlil qızı Rüstəmovanı avtomobil vurub.

Qadın qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər