238
Bu gün 6 dekabr — 17:12

AZAL dekabrın son iki günündə “Atatürk”ə reyslər həyata keçirməyəcək

İstanbulun Atatürk Hava Limanının bağlanması ilə əlaqədar olaraq, dekabrın 30-31 tarixlərində Azərbaycan Hava Yollarının (AZAL) reysləri İstanbulun Sabiha Gökçen Hava Limanına yerinə yetiriləcək.

Bu barədə virtualaz.org-a AZAL-dan məlumat verilib.

Məlumata görə, uçuş cəvəli belədir:

30 dekabr (yerli vaxtla):

J2-075 (Bakı-İstanbul) – Uçuş: 08.35, Enmə: 10.25

J2-076 (İstanbul-Bakı) – Uçuş: 12.50, Enmə: 16.35

J2-077 (Bakı-İstanbul) – Uçuş: 22.40, Enmə: 00.30+

31 dekabr (yerli vaxtla):

J2-078 (İstanbul-Bakı) – Uçuş: 01.20, Enmə: 05.05

J2-075 (Bakı-İstanbul) – Uçuş: 11.40, Enmə: 13.30

J2-076 (İstanbul-Bakı) – Uçuş: 14.50, Enmə: 18.35

Xəbərlər