680
Bu gün 6 dekabr — 21:41

İranda terror aktı nəticəsində xəsarət alanların sayı artdı

İranın Sistan və Bəlucistan vilayətinin Çabahar liman şəhərində terror aktı nəticəsində 2 nəfər ölüb, 42 nəfər də xəsarət alıb.

İSNA agentliyi xəbər verir ki, bu barədə İranşəhr Tibb Elmləri Universitetinin prezidenti Mehran Əminifərd məlumat verib. 

Zərərçəkənlər arasında təhlükəsizlik qüvvələrinin 10 nəfər əməkdaşı da var. Yaralıların əksəriyyətinin xəstəxanalardan evə buraxıldığı bildirilir.

Qeyd edək ki, bu gün Çabahar şəhərində terror aktı törədilib. 

*   *   *16:57

Bu gün İranın Sistan-Bəlucistan vilayətinin Çabahar şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 5-ə, yaralananların isə 24 nəfərə çatıb. Yaralananlar arasında uşaq və qadınlar da var.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə yerinə İran İslam İnqilabının Keşikçiləri Korpusunun quru qoşunları komandanı general Məhəmməd Pakpur da gəlib. O bəyan edib ki, terrorçuların bu addımı cavabsız qalmayacaq.

Terror aktına görə məsuliyyəti “Ənsar-əl Furkan” qruplaşması öz üzərinə götürüb.

*   *   *12:38

Bir neçə dəqiqə öncə İranın Çabəhar şəhərinin Şəhid Rigi bulvarında partlayış baş verib. Bu barədə İranın Xəbər Televiziyası xəbər yayıb.

İlkin məlumatlara görə, terror aktı nəticəsində azı üç nəfər ölüb, bir neçə nəfər yaralanıb. Yaralılar arasında qadın və uşaqlar da var.

Partlayıcı qurğu avtomobildə yerləşdirilibmiş. Şahidlərin sözlərinə görə, atışma səsləri də eşidilib.

Çabəhar rayonunun qubernatoru Rəhmdel Bamri deyib ki, hadisə rayonun hüquq-mühafizə orqanları idarəsinin qarşısında baş verib. Polisin müdaxiləsi ilə avtomobili idarənin həyətinə sala bilməyən kamikadze avtomobili partladıb.

Xəbərlər