247
Bu gün 9 noyabr — 00:09

Ucarda VAZ-2106 velosipedçini vuraraq öldürüb

Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qazıqumlax-Qaradağlı kəndləri istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı minik maşını velosipeddə olan rayon sakini Abdullayev Xalid Sədri oğlunu vuraraq ona ağır xəsarət yetirib. Nəticədə velosipedçi yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Xəbərlər